

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
"Traxtur" komandasının Premiyer Liqa yarışlarında çempionluğu Güney Azərbaycan və İranın türklər yaşayan bölgələrində müxtəlif formalarda alqışlanır.
Gunaz.tv
Təbriz təmsilçisinin son qələbəsindən sonra Şərqi Azərbaycan əyalətinin Mərənd rayonunun Qapılıq qəsəbəsində isə bu özünə məxsus formada, Azərbaycan türkcəsində banner asılaraq qeyd olunub.
Qəsəbənin mərkəzində başda "Yaşasın vətən, yaşasın "Traxtur!"" yazılan bannerdə Xəlil Rza Ulutürkün məşhur şeiri qeyd olunub:
Lalənin qanıyam, pələngin canı,
Gürz vuran, bal kəsən, dağ yaran mənəm.
Qaldırıb çiyninə Azərbaycanı,
Üfüqdən-üfüqə aparan mənəm!
Şeirin altında isə "Azərbaycan azadlığını hədəf tutub aydın gələcəyə doğru gedən Traxtura eşq olsun!" sözləri yazılıb.
Qeyd edək ki, ötən gecə "Traxtur" Premiyer Liqanın sonuncu oyununda Xuzistanın "İstiqlal" komandası üzərində 3-1 hesablı qələbə ilə çempionluğunu rəsmiləşdirib.
Qayıdış dövründə Laçında nə kimi işlər görülüb? – Ekspertdən açıqlama