İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən azərbaycanlı fəal həbs edilib Güney Azərbaycan

İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən azərbaycanlı fəal həbs edilib

İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən tanınmış azərbaycanlı fəal həbs edilib.
APA-nın "Oyannews"a istinadən verdiyi məlumata görə, onun bu ilin iyununda barəsində məhkəmənin çıxardığı 6 aylıq məhkumluq müddətini çəkməsi üçün Təbriz şəhərinin mərkəzi həbsxanasına salındığı bildirilir. Ancaq azərbaycanlı fəalın dəqiq nə vaxt tutulduğu barədə məlumat verilməyib.
Qeyd edək ki, B.Xaliqi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən yanvarın 13-də Binab şəhərindəki mənzilində tutulub. Evdə yoxlama aparılıb, azərbaycanlı fəala məxsus kompüter və Azərbaycan dilində nəşr etdiyi kitablar götürülüb. O, 2012-ci il dekabrın 27-də İranın Şərqi Azərbaycan vilayəti ilə Ermənistan arasında əlaqələrin genişlənməsinə etiraz olaraq Marağanın "Müsəlla" meydanında keçirilmiş aksiyada iştirak etdiyinə görə həbs olunub. Azərbaycanlı fəal 2013-cü il fevralın 20-də günorta saatlarında zəmanətlə sərbəst buraxılıb. Ancaq Marağa İnqilab Məhkəməsinin birinci şöbəsi ölkənin milli təhlükəsizliyini pozmağı qarşısına məqsəd qoyan qanunsuz qruplara üzv olmaq ittihamı ilə 6 ayı 5 il müddətinə təxirə salınmaqla bir il həbs cəzası verib. Azərbaycanlı fəalı məhkəmədə vəkili Cəfər Əfşarniya müdafiə edib. Hətta bir müddət sonra onun sahibi olduğu "İşıq" kitab mağazası da qapadılıb. B.Xaliqi 2014-cü ilin fevralında Ümumdünya Ana Dili Günü ərəfəsində də həbs edilsə də, sonradan azadlığa buraxılıb.