Ruhani Urmiya gölü ilə bağlı sərəncam imzalayıb Güney Azərbaycan

Ruhani Urmiya gölü ilə bağlı sərəncam imzalayıb

Gələn həftədən Urmiya gölünün bərpası üçün zəruri tədbirlər görüləcək

Gələn həftədən etibarən Urmiya gölünün bərpası üçün zəruri tədbirlər görülməyə başlanacaq. APA-nın "Radiofərda"ya istinadən verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhani iyunun 29-da bununla bağlı sərəncam imzalayıb.
Sənədə əsasən, Urmiya gölünün xilası üçün işçi qrupunun üzvlərini müəyyənləşdirib, onlara zəruri tədqiqatlar aparmaları, mümkün problemləri öyrənmələri və hövzənin bərpası işinin həyata keçirilməsini sürətləndirmələri tapşırılıb. İran prezidenti deyib ki, Urmiya gölü hazırkı vəziyyətində tərk edilməməlidir: "Hökumət hövzənin yenidən bərpa olunması üçün zəruri xərcləri ödəmək məqsədilə lazım olan vəsaiti təmin etməyə hazırdır".
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib.