Qaradağ zəlzələ bölgəsi iki il sonra Güney Azərbaycan

Qaradağ zəlzələ bölgəsi iki il sonra

Bir neçə gün öncə dağıdıcı Qaradağ zəlzələsinin ikinci ildönümü oldu.
2012-cü il avqustun 11-də (1391-ci il mordadın 21-də) mərkəzi Əhər, mahalında 6,2 bal gücündə dağıdıcı zəlzələ baş verdi. Dağıdıcı zəlzələ nəticəsində minlərlə soydaşımız ölüb vəya yaralandı.
Keçmiş xəbərlərimizdə də çatdırdığımız kimi, İran rejiminin zəlzələdən zərərçəkənlərə münasibəti, uçqun altında qalmış insanları xilas etmə prosesi, zəlzələ bölgəsində yenidənqurma işləri və s. rejimin azərbaycanlılara qarşı qərəzli siyasətini bir daha nümayiş etdirdi.
Zəlzələnin baş verdiyi vaxtdan iki il keçsə də, ölkə rəsmilərinin qısa müddət ərzində yenidənqurma işlərinin başa çatacağına dair verdikləri vədlərin hələ də həyata keçirilmədiyi bir faktdır.
Təbii fəlakət bölgəsində ailələr hələ də sığınacaqlarda yaşayırlar.