Azərbaycanlı fəal Qulam Qulizadə məhkəməyə çağırılıb Güney Azərbaycan

Azərbaycanlı fəal Qulam Qulizadə məhkəməyə çağırılıb

Azərbaycanlı milli-mədəni fəal Qulam Qulizadə Urmiyə şəhərinin inqilab məhkəməsinə çağırılıb

Milli-mədəni fəal ötən il yayda (tir ayı) təxminən 40 nəfərlə birlikdə Səhənd dağı ətəklərinə gedərkən tutuqlanıb. Onlar azərbaycanlı siyasi məhbuslara dəstək vermək məqsədi ilə bir araya gəlib və səhənd dağına gedərkən təhlükəsizlik qüvvələri tərəfindən tutulublar. Urmiyə yaxınlığında tutulan fəallar vəsiqə vəya zəmanət qarşılığında sərbəst buraxılsalar da, bu müddətdə təhlükəsizlik və məhkəmə orqanları tərəfindən müxtəlif formalarda təqib və təzyiqlərlə üzləşiblər.
Tutulanların arasında Qulam Qulizadə daha bir neçə tutuqlu fəalla birlikdə Urmiyə ETTELAAT-da (İran Kəşfiyyat Nazirliyi) 6 gün saxlanılıb və cismi-ruhi təzyiqlər altında sorğu-suala tutulub. O 150 milyon riallıq mülki vəsiqə girov qoyduqdan sonra müvəqqəti olaraq azad edilib.
Qulam Qulizadə Urmiyə şəhərinin inqilab məhkəməsinə çağırılıb. Məhkəmənin göndərdiyi məktubda çağırışın səbəbi belə göstərilir: "Əleyhinizə olan şikayətlə bağlı"
Birdirək ki, Səhənd dağına gedərkən tutulan fəallar ilk öncə Şəhid Kəlantəri polis məntəqəsinə intiqal edilmişdir. Onlardan bir neçəsi təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyünə görə yaralanıb və hətta bir xanımın vəziyyətinin ağır olduğu bildirilmişdir.
Tutulanların sayı təxminən 40 nəfər olmuşdur. Onlardan bəzilərinin kimliyi aşağıda qeyd olunur:
Pərya Xəlilzadə (İran qadınlar milli futbol komandasının üzvü), Sevda Xəlilzadə, Məsumə Pərivəj, Zəhra Zad Qasim, Hüseyn Zad Qasim, Tohid Həsəni, Səid Lotfi, Səid Əbdi, Süməyyə Əlidust (Urmiyə Universitetinin ustadı), Vəhid Faizpur (veblaqçı), Meysəm Azadi (mədəni fəal), Qulam Qulizadə (mədəni fəal), Vəhid Nəsibi, Murtaza Zərrin, Nima Həsəni, Sina Həsəni, Sima Sakini, Milad (Sabutay) Kolani və s.