19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
ABŞ yaxın vaxtlarda Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar elan etməyi planlaşdırır
Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub - VİDEO
İran ABŞ-yə yeni silahlar və yeni hədəflərlə zərbə endirəcəyi ilə hədələyib
Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək
6 İyul 2021 22:53
63 588
Ərdəbil əyalətinin Vətəndaşlığın Qeydiyyatı İdarəsinin baş direktoru yeni günəş ilinin ilk üç ayında əyalətdə ölüm hallarının 34% artığını bildirib.
Şəhram Rəsuli Ərdəbilin Nüfus Mərkəzinin (Vətəndaşların Qeydiyyat İdarəsi) komissiyalarının toplantısında bildirib ki, yeni günəş ilinin ilk üç ayında ölüm hallarının çoxalmasında koronavirus və başqa amillərin təsiri olub.
O, hazırda əhalinin artımı ilə bağlı prosesinin mənfiyə doğru getdiyini və son 3 ay ərzində əyalətdə yeni doğulan körpələrin ötən ilin eyni dövrü ilə müqayisədə 9.9% azaldığını vurğulayıb.
Ş.Rəsuli bildirib ki, əyalətdə əhalinin azalmasının əsas səbəblərindən biri ailələrin müxtəlif problemlər, o cümlədən iqtisadi çətinliklər ucbatından uşaq dünyaya gətirməkdən imtina etməsi və ya bir uşaqla kifayətlənməsidir.
O, qeyd edib ki, sığortanın əlçatan olmaması və tibbi xidmətlərin bahalığı təbii artımın azalmasına təsir edən amillərdəndir.
Qeyd edək ki, son illərdə Ərdəbil əyalətində əhalinin sürətlə qocalması, əhalinin sayının azalması, ölüm hallarının çoxalması ilə bağlı müxtəlif məlumatlar yayılıb.
Mütəxəssislər hesab edir ki, əhalinin azalmasına işsizlik və yoxsulluq ucbatından insanların bölgəni tərk edərək daha böyük şəhərlərə, özəlliklə Tehrana köçməsi də təsir edir.
Gunaz.tv
18 Sentyabr 16:47
1 589
18 Sentyabr 16:46
1 554
15 Sentyabr 13:41
2 821