Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
9 Mart 2023 12:50
9 513
Bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kubokunun təntənəli açılış mərasimi keçirilib.
Trend-in məlumatına görə, mərasimdə Dünya Kubokunda iştirak edən ölkələr təmsil olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçiriləcək. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edəcək ki, bu da ölkəmizdə gimnastika növləri üzrə keçirilən Dünya Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord göstəricidir.
Bakı şəhərində keçirilən Dünya Kuboku üzrə dördgünlük yarışların ilk iki günü ixtisaslaşma mərhələləri, digər günlərdə isə finallar keçiriləcək və ayrı-ayrı gimnastika alətlərində məşqlər üzrə qaliblər və mükafat sahibləri müəyyən olunacaq. Dördgünlük yarışların nəticələrinə əsasən ən yüksək bal toplamış gimnastlara həmçinin ənənəvi AGF Trophy Kuboku təqdim ediləcək.
Azərbaycanı yarışlarda Nikita Simonov və İvan Tixonov (kişi idman gimnastikası), Samirə Qəhrəmanova və Nazənin Teymurova (qadın idman gimnastikası) təmsil edəcəklər.
22 Sentyabr 13:40
882
22 Sentyabr 13:40
882
21 Sentyabr 12:01
1 225