Benzema Səudiyyə Ərəbistanı klubuna keçidini şərh edib İdman

Benzema Səudiyyə Ərəbistanı klubuna keçidini şərh edib

Fransa millisinin hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçməsinə münasibət bildirib.

Trend klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı Səudiyyə Ərəbistanı klubunun onun üçün yeni çağırış olduğunu bildirib.

"Bu, yaxşı liqadır və orada çoxlu yaxşı oyunçular var. Kriştiano Ronaldo artıq buradadır, o, mənim dostumdur və Səudiyyə Ərəbistanının sürətlə inkişaf etdiyini göstərir. Mən Avropada olduğu kimi qələbə qazanmaq üçün buradayam", - deyə K.Benzema bildirib.

Qeyd edək ki, 35 yaşlı K.Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edib və klubla dörd İspaniya liqası, beş Çempionlar Liqası da daxil olmaqla 25 kubok qazanıb. O, 2022-ci ildə də "Qızıl top" mükafatını da qazanıb.
Benzema 2007-2015-ci illərdə və 2021-2022-ci illərdə Fransa millisində oynayıb, 2020/2021 UEFA Millətlər Liqasının qalibi olub və 2022-ci il Dünya Kubokunda ikinci olub.

Benzema 353 qolla "Real Madrid" tarixində ən çox qol vuran 2-ci futbolçudur, o yalnız 450 qol vuran portuqaliyalı Kriştiano Ronaldodan geridə qalır.