

6 Avqust 23:33
6 Avqust 23:23
6 Avqust 23:15
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Beynəlxalq Cüdo Federasiyası dünya reytinq cədvəlini yeniləyib.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeyində dəyişiklik olub.
Dördqat Avropa çempionu Hidayət Heydərov (73 kiloqram) öz çəki dərəcəsi üzrə liderliyini qoruyub. Onun aktivində 6798 xal var.
Digər kişi cüdoçulardan Balabəy Ağayev (60 kiloqram), Zelim Tçkayev (81 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) öz çəki dərəcələri üzrə 5-ci, Yaşar Nəcəfov (66 kiloqram) 7-ci, Murad Fətiyevlə (90 kiloqram) Səid Mollayi (81 kiloqram) isə 11-ci pillədə qərarlaşıblar.
Qadın cüdoçulardan isə ən yaxşı nəticə Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyevaya (52 kiloqram) məxsusdur – 16-cı yer. Açelya Toprak (57 kiloqram) isə 23-cü sırada yer alıb.