11 Mart 2025 14:12
9 310
İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kilian Mbappe fransalı futbolçular arasında yeni rekorda imza atıb.
AZƏRTAC “Stats Foot”a istinadən xəbər verir ki, 25 yaşlı forvard Avropanın 4 böyük liqasında çıxış edən həmyerliləri arasında debüt mövsümündə 29 qol vuran ilk oyunçu olub. O, “kral klubu”nun heyətində bütün turnirlərdə 29 dəfə fərqlənib.
Fransalı futbolçular arasında bundan əvvəlki rekord 1982/1983-cü illər mövsümündə İtaliyanın "Yuventus" komandasının heyətində 28 qol vuran əfsanəvi futbolçu Mişel Platiniyə məxsus idi.
Qeyd edək ki, Kilian Mbappe 2024-cü ilin yayında azad agent kimi “Real Madrid”lə müqavilə imzalayıb. Futbolçu əvvəllər PSJ və “Monako”da çıxış edib.
26 Mart 12:39
1 358
25 Mart 16:33
1 687
25 Mart 14:06
1 743