"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
26 Aprel 2025 00:15
6 160
Təbrizin “Traktor” klubu İran çempionatının XXII turundan təxirə salınmış oyunda səfərdə “Fulad” üzərində 2:1 hesablı qələbə qazanıb.
Xalqcebhesi.az xəbər verir ki, Əhvaz şəhərində keçirilən oyunda ilk qolu 46-cı dəqiqədə "Traktor"un xorvatiyalı hücumçusu Domaqoy Drozdek vurub.
Qarşılaşma nəzərdə tutulandan xeyli çox davam edib. Oyunun 90+20-ci (!) dəqiqəsində meydan sahibləri bərabərlik qolunu vurub. 90+23-cü dəqiqədə isə Mehdi Hashemnejad “Traktor”u qələbəyə daşıyıb.
Vacib səfər qələbəsi Cənubi Azərbaycan klubunu çempionluğa bir qədər də yaxınlaşdırıb. Liderliyini möhkəmləndirən “Traktor” sona 3 tur qalmış 61 xalla ən yaxın rəqibi “Sepahan”ı 5 xal geridə qoyub.
Qeyd edək ki, “Traktor” tarixində heç vaxt İran çempionu ola bilməyib.
25 Sentyabr 15:27
1 624
25 Sentyabr 10:24
1 645
24 Sentyabr 16:18
2 023