BƏƏ İranı Körfəz ölkələrinə təzminat ödəməyə çağırdı
29 Mart 15:32
29 Mart 15:32
29 Mart 15:22
29 Mart 14:01
26 Aprel 2025 19:55
5 838
Futbol üzrə Azərbaycan Premyer Liqası baş məşqçilərə etimad müddəti göstəricisində dünyada birinci yerdə gedir.
Xalqcebhesi.az Teleqraf-a istinadən xəbər verir ki, bu, dünyanın 65 liqası arasında aparılmış araşdırmalar nəticəsində üzə çıxıb.
Azərbaycan çempionatında komandaların sükanı arxasında orta hesabla qalma müddəti 951 günə və ya 2 il 221 günə bərabərdir. Bu, 2008-ci ilin avqustundan "Qarabağ"ın baş məşqçisi kimi çalışan Qurban Qurbanov və 2020-ci ilin iyulundan "Zirə"yə rəhbərlik edən Rəşad Sadıqovun sayəsində mümkün olub.
Qalan 8 klubun baş məşqçilərindən isə yalnız Elmar Baxşıyevin "Araz-Naxçıvan"da çalışma müddəti bir ili keçib. O, komandanın sükanı arxasına 8 aprel 2024-cü ildə keçib.
Yeri gəlmişkən, Qurban Qurbanov həm də komandaların ən uzunmüddətli baş məşqçiləri siyahısında ikinci yeri tutur. Birinci pillədə Almaniya Haydenhaym"ının baş məşqçisi Frank Şmidt (2007), üçüncü yedə isə İspaniya "Atletiko"sunun sükanı arxasında olan Dieqo Simeone (2011) qərarlaşıb.
Baş məşqçilərinin ən uzun müddət çalışdığı çempionatlar siyahısında ikinci yerdə Özbəkistan Super Liqası (926 gün), üçüncü pillədə İspaniya La Liqası (834 gün) qərarlaşıb.
Baş məşqçilərə orta hesabla ən az müddətdə etimad göstərilən çempionat isə Kosta Rika Primerasıdır - 116 gün.
Ümumilikdə dünyada baş məşqçilərin 65,6 faizi bir ildən çoxdur öz postunu tərk etməyib.
26 Mart 12:39
2 345
25 Mart 16:33
2 674
25 Mart 14:06
2 716