"Qalatasaray" Nikolo Zaniolo ilə yolları ayırıb İdman

"Qalatasaray" Nikolo Zaniolo ilə yolları ayırıb

"Qalatasaray"da ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, Nikolo Zaniolo komandanı tərk edib.

O, karyerasını İtaliyada davam etdirəcək.

Futbolçu "Udineze" ilə müqavilə imzalayıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Onunla bağlanan sözləşmənin detalları bildirilməyib. Zaniolo yeni komandasında 10 nömrəli formanı geyinəcək.