Uşakov: Putin və Trampın Zelenski ilə görüş barədə hələ razılaşması yoxdur Dünya

Uşakov: Putin və Trampın Zelenski ilə görüş barədə hələ razılaşması yoxdur

Rusiya Prezidenti Vladimir Putinin hələlik ABŞ-ın prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski ilə üçtərəfli və ya ayrıca ikitərəfli görüş barədə hər hansı razılaşması yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov VGTRK jurnalisti Pavel Zarubinə məlumat verib.

O, izah edib ki, Rusiya-Ukrayna danışıqlarında nümayəndə heyətlərinin səviyyəsinin artırılması ilə bağlı konkret təkliflər hələ yoxdur.

“Hazırda mətbuatda yayılanlar — bu, tam olaraq bizim razılaşdığımız məsələlər deyil. İndi orada üçtərəfli görüşdən, Putinin Zelenski ilə görüşündən danışırlar. Amma mənim bildiyim qədərilə, Putin və Tramp arasında bu barədə konkret razılaşma olmayıb,” – deyə Uşakov bildirib.

Məryəm Quliyeva