Zelenski Rubiodan "Starlink"ə girişin bərpasını və "Patriot" raketlərini istəyib
Azərbaycanda dövlət qurumlarının süni intellekt sistemləri təhlükəsizlik auditindən keçiriləcək
Fransada iğtişaşlar səbəbindən komendant saatı tətbiqi davam etdiriləcək
Azərbaycanda süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı yeni tələblər qəbul olunacaq
Qismən yenilənmiş Radiorabitə Reqlamenti Azərbaycanın bəyanatı ilə təsdiq ediləcək
1 Sentyabr 2025 18:25
2 373
Yaponiyada bələdiyyələrin fövqəladə hallarda ayı və digər vəhşi heyvanların vurulmasına icazə verə bilməsini nəzərdə tutan qanun dəyişikliyi qüvvəyə minib.
Xalqcebhesi.az xəbər verir ki, Kyodo agentliyinin xəbərinə görə, Yaponiya son dövrlərdə ölkənin kənd bölgələrində rekord səviyyəyə çatan ayı hücumları səbəbilə vəhşi təbiətin qorunması ilə bağlı qanunvericilikdə dəyişiklik edib.
Bu gündən etibarən qüvvəyə minən yeni tənzimləmələrə əsasən, bələdiyyə səlahiyyətliləri xüsusi olaraq təyin olunmuş ovçuların yaşayış məntəqələrində, o cümlədən qəhvəyi və qara ayılar kimi vəhşi heyvanları vurmasına icazə verə biləcək.
Digər tərəfdən, bu icazə yalnız təhlükənin qarşısını almağın başqa yollarının mümkün olmadığı və bölgə əhalisinin güllələrdən zərər görməyəcəyinə əmin olunduğu fövqəladə hallarda keçərli olacaq.
Rəsmilər, qanundakı dəyişikliklərin problemsiz tətbiq oluna bilməsi üçün hökumətin təlim proqramları hazırlayacağını və maddi dəstək göstərəcəyini bildiriblər.
Məryəm Quliyeva