

1 Sentyabr 12:50
1 Sentyabr 12:12
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycanın məqsədi qlobal səviyyədə İT sektorunda rəqabət apara bilən mütəxəssislər yetişdirməkdir.
“APA-Economics” xəbər verir ki, bunu 49-cu ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının Açılış Mərasimində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanda rəqəmsal transformasiya milli prioritet elan edilib:
"Bizim baxışımız istedadları yetişdirmək, qabaqcıl bacarıqları gücləndirmək və innovativ, təhlükəsiz və qlobal rəqabətə davamlı rəqəmsal ekosistem qurmaqdan ibarətdir. Azərbaycanda gənclər proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik və bir çox digər qabaqcıl sahələrdə genişlənmiş imkanlara malikdir. Bu baxış əsas milli çərçivələrimiz, rəqəmsal inkişaf konsepsiyası, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə milli strategiya və süni intellekt üzrə milli strategiya ilə idarə olunur. Azərbaycanda rəqəmsal təşəbbüslər yerli İT üzrə istedadları gücləndirməyə və beynəlxalq bazarlar üçün yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməyə yönəlib”.
“Bizim məqsədimiz qlobal səviyyədə rəqabət apara bilən və ölkənin İKT ixracını idarə edən mütəxəssislər yetişdirməkdir. Bu baxışı reallığa çevirmək üçün biz dünyada tanınmış tərəfdaşlarla sıx əməkdaşlıq edirik, beynəlxalq təcrübəni yerli ambisiyalarla birləşdirən proqramlar başlatmışıq, İKT liderlərinin yeni nəslini formalaşdırırıq", - deyə nazir müavini əlavə edib.