

1 Sentyabr 12:50
1 Sentyabr 12:12
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Nepal, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olmağı ümid edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Şarma Oli, Tyançzin şəhərində keçirilən ŞƏT+ sammitində çıxışı zamanı bəyan edib.
“Nepal 2016-cı ildən dialoq üzrə tərəfdaş olaraq təşkilatla əməkdaşlıq edir və təşkilata tamhüquqlu üzv kimi qoşulmağı səbirsizliklə gözləyir,” – deyə Nepalin hökumət başçısı bildirib. Onun çıxışının mətnini ölkənin Xarici İşlər Nazirliyi yayımlayıb.
Onun sözlərinə görə, ŞƏT “daha birləşmiş və dərinləşən geosiyasi, iqtisadi və ekoloji sarsıntılara qarşı daha dayanıqlı” olmalıdır.
“Bu çətin və qeyri-sabit dövrdə regional əməkdaşlıq ortaq problemlərin həllində əsas alətdir,” – deyə Oli vurğulayıb və əlavə edib ki, “Nepalın regional əməkdaşlığa sədaqəti sarsılmazdır və ŞƏT üzvləri ilə münasibətlər möhkəmdir.”
Oli qeyd edib: “Əgər biz birlikdə hərəkət etsək, dayanıqlı və firavan ŞƏT regionu mümkündür.”
Məryəm Quliyeva