Qarabağ – Roma qarşılaşmasının ən yaxşısı seçiləcək İdman

Qarabağ – Roma qarşılaşmasının ən yaxşısı seçiləcək

UEFA Çempionlar Liqası C qrupunda yer alan Qarabağ və Roma klubları 2-ci turda sentyabrın 27-də Bakıda qarşılaşacaq. İtaliya İdman Yazarları İdarə Heyəti (USSI) üzvü Dündar Keşaplının sədri olduğu İtaliya-Azərbaycan Dostluq və İşbirliyi Dərnəyi tərəfindən hər iki komandanın ən yaxşı oyunçusuna ayrı ayrılıqda mükafat veriləcək. Qarşılaşmanın ən yaxşı oyunçuları Bakı Olimpiya Stadionunun mətbuat tribunasında yer alan İtaliya və Azərbaycan jurnalistləri arasında keçirilən sorğu əsasında müəyyənləşəcək.
Dərnək başqanı Keşaplı həmçinin son illər böyük inkişaf yolu keçən Azərbaycan idmanı haqqında danışıb. O Azərbaycanda idmana verilən önəm və dəyərin günü gündən daha da artdığını qeyd edib: "Göstərilən daha ciddi səylər nəticəsində Azərbaycan idmanının beynəlxalq səviyyədə yeri və rolu daha da artıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanda idmana, o cümlədən futbola xüsusi diqqət və qayğı göstərir, hər cür dəstək verir. Çempionlar Liqasının qrup mərhələsinə düşəndən sonra "Qarabağ"ın ölkə başçısı tərəfindən qəbul edilməsi göstərilən diqqətdir və bu komandanın motivasiyası üçün vacibdir...
Atacağımız bu addımla Azərbaycan və İtaliya arasında qarışılıqlı əlaqələrin idman sahəsində də getdikcə inkişaf etməsi və daha yaxşı səviyyəyə çatmasına ümid edirik. Son illərdə görülən işləri yüksək qiymətləndiririk. Təşkil edəcəyimiz bu idman tədbiri ilə iki ölkə arasındakı əlaqələrin idmanda da güclənməsini istəyirik".