1 Aprel 23:50
1 Aprel 23:38
1 Aprel 23:24
3 Dekabr 2025 11:17
2 751
Stolüstü tennisçi Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının “Qlobal gənclər təlim düşərgəsi”nə qatılacaq.
AZƏRTAC xəbər verir ki, istedadlı idmançı Çinin Çendu şəhərində təşkil olunacaq toplanışda milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə iştirak edəcək.
Onur Quluzadə bu düşərgəyə BSTF-nin qitələr üzrə ən istedadlı idmançıları üçün həyata keçirdiyi proqrama əsasən dəvət alıb.
Həmin proqram beynəlxalq yarışlarda mütəmadi olaraq yüksək nəticələr göstərən istedadlı stolüstü tennisçilər üçün nəzərdə tutulub ki, xüsusi seçilmiş 40 idmançı arasında Onur Quluzadə də yer alır.
Qeyd edək ki, “Qlobal gənclər təlim düşərgəsi” dekabrın 4-dən 13-dək təşkil olunacaq.
1 Aprel 11:12
1 085
31 Mart 19:20
1 414
31 Mart 11:42
1 610