23 Noyabr 14:47
08:36
259
Macarıstanın Baş naziri Peter Madyar orada yaşayan macar azlığına dəstəyini ifadə etmək məqsədilə yaxın vaxtlarda Ukraynanın Zakarpatye vilayətinə səfər etmək niyyətindədir.
Xalqcebhesi.az "Reuters"ə istinadən xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı bəyan edib.
Madyarın sözlərinə görə, müharibə başlayandan bəri Macarıstan hökumətinin başçısı Zakarpatyedəki macarlara baş çəkməyib. O qeyd edib ki, Baş nazir qismində bölgəyə səfərindən sonra vəziyyət dəyişəcək. 2024-cü ildə Madyar artıq müxalifət nümayəndəsi kimi Zakarpatyedə səfərdə olub.
Bundan əlavə, Baş nazir bəyan edib ki, Avropa İttifaqının büdcəsi üzrə danışıqlar və Ukraynaya maliyyə dəstəyinin müzakirəsi ayrı-ayrılıqda aparılmalıdır. O həmçinin bildirib ki, Bratislavada keçiriləcək görüşdə Çexiya, Polşa və Slovakiyadan olan həmkarları ilə Aİ-nin növbəti büdcəsini müzakirə etmək niyyətindədir.
Məryəm Quliyeva