Prezident İlham Əliyev Trampa təşəkkür edib Siyasət

Prezident İlham Əliyev Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev amerikalı həmkarı Donald Trampa təşəkkürünü bildirib.

Bu barədə dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.

"Mən sizin Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin işə salınması münasibətilə göndərdiyiniz mesajda mənə ünvanladığınız xoş sözlərə görə səmimi minnətdarlığımı ifadə etmək istərdim", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Ermənistan və ABŞ Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək TRIPP layihəsinin icrasına başlayıblar.