23 Noyabr 14:47
08:29
259
Yaponiyanın ən cənub prefekturası olan Okinavanın hakimiyyəti ABŞ Silahlı Qüvvələrinə Şərqi Çin dənizindəki Miyako adasında yerləşən hava limanından istifadəni qadağan edib. Onlar bu obyektin yalnız mülki aviasiya üçün nəzərdə tutulduğunu bildiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Kyodo" informasiya agentliyi məlumat yayıb.
ABŞ Miyako adasındakı hava limanından Filippindəki Amerika hərbi obyektlərinə yük daşıyan ağır nəqliyyat helikopterlərinin yanacaq doldurması üçün istifadə etməyi planlaşdırırdı. Həmin obyektlər cənubdan Tayvan zonasındakı potensial münaqişə ərazisinə bitişikdir. Miyako adası da bu rayonda yerləşir və orada Yaponiya silahlı qüvvələrinin obyektləri mövcuddur.
Okinava prefekturasında Yaponiyadakı Amerika hərbi bazaları ərazisinin 70%-dən çoxu cəmləşib. Orada, xüsusilə ABŞ dəniz piyadalarının ekspedisiya qruplaşması, eləcə də Birləşmiş Ştatların hüdudlarından kənarda ən iri Amerika Hərbi Hava Qüvvələri bazası olan Kadena yerləşir.
Məryəm Quliyeva