Pakistanın Baş naziri noyabrın 30-da Rusiyaya səfər edəcək Dünya

Pakistanın Baş naziri noyabrın 30-da Rusiyaya səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 30-da Rusiyaya səfərə gələcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Moskvadakı səfiri Feysəl Niyaz Tirmizi TASS-a müsahibəsində bildirib və vurğulayıb ki, Pakistan Baş nazirinin səfəri "son dərəcə mühüm, taleyüklü tarixi bir məqamda" baş tutacaq və böyük əhəmiyyət kəsb edəcək.

"Baş nazirin martın 3-də Rusiyaya səfər edəcəyi gözlənilirdi, lakin bundan cəmi bir neçə gün əvvəl Fars körfəzində müharibə başladı, – deyə diplomat xatırladıb. – Nəticədə hər iki tərəf yeni tarixi razılaşdırdı. Bu, cari ayın sonunda baş tutacaq, Baş nazir noyabrın 30-da gələcək. Səfər ciddi qlobal dəyişikliklər fonunda keçirildiyi üçün böyük əhəmiyyət daşıyacaq". Tirmizinin sözlərinə görə, İslam Respublikasının Baş naziri "Rusiyaya son dərəcə mühüm, taleyüklü tarixi bir məqamda səfər edir".

Məryəm Quliyeva