Vens və Qətərin Baş naziri ABŞ-İran dialoqunun bərpasını müzakirə ediblər Dünya

Vens və Qətərin Baş naziri ABŞ-İran dialoqunun bərpasını müzakirə ediblər

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə danışıqlar aparıb və onunla Birləşmiş Ştatlar ilə İran arasında dialoqun bərpası üzrə səyləri müzakirə edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" portalının və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində məlumat verib.

Qətərin Baş naziri ilə ABŞ-nin vitse-prezidenti arasında görüş Ağ Evdə keçirilib.

Məryəm Quliyeva