UEFA "Sabah"ın futbolçusunu cəzalandırdı İdman

UEFA "Sabah"ın futbolçusunu cəzalandırdı

"Sabah"ın futbolçusu Eyden Makkarti UEFA tərəfindən 2 oyunluq cəzalandırılıb.

Qurumun rəsmi saytı xəbər verir ki, buna səbəb müdafiəçinin UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Vikinq"lə (Norveç) matçda qırmızı vərəqə almasıdır.

Rəqibinə zərbə endirən oyunçu Avropa futbol qurumu tərəfindən 2 oyunluq diskvalifikasiya edilib.

Bu səbəbdən Cənubi afrikalı mərkəz müdafiəçisi qarşıdan gələn "Barselona" və "Vilyareal"la görüşləri buraxmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, "Sabah" noyabrın 25-də Bakıda "Barselona"nəı qəbul edəcək.