11:07
245
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer çərşənbə axşamı Afrika ölkələrinə üçgünlük səfərinin ikinci hissəsinin keçiriləcəyi Akra şəhərinə yola düşəcək.
Xalqcebhesi.az xəbər verir ki, Ştaynmayer Qana Prezidenti Con Mahama ilə birlikdə ölkə paytaxtında altıncı Almaniya-Afrika biznes sammitinin açılışını etməyi planlaşdırır.
Tədbirdə Almaniya və Afrikadan olan şirkətlərin və biznes assosiasiyalarının nümayəndələri iştirak edəcəklər. Əvvəlki sammit iki il əvvəl Keniyada baş tutub.
Ştaynmayer alman şirkətlərini Afrikada daha fəal işləməyə təşviq etməyə çalışır.
1,6 milyard nəfər əhalisi olan qitə ABŞ və Çin kimi ənənəvi bazarlarda işgüzar fəallığın azalmasını kompensasiya edə biləcək nəhəng bir bazar təşkil edir.
Ötən il Almaniyanın ümumi ixracatının cəmi 1,8%-i Afrikanın payına düşüb, lakin bu göstərici artmaqdadır.
Məryəm Quliyeva