Azərbaycan nefti 94 dollara ticarət olunur İqtisadiyyat

Azərbaycan nefti 94 dollara ticarət olunur

Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.

"APA-Economics" xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,12 ABŞ dolları və ya 2,19% azalaraq 94,81 ABŞ dollarına düşüb.

Bundan əvvəl Azərbaycan nefti 96,93 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.