16:55
476
Avropa Komissiyası (AK) kiberhücum nəticəsində Aİ Akademik Platformasının istifadəçilərinin şəxsi məlumatlarının sızdığını etiraf edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə AK-nin nümayəndəsi Toma Renye məlumat verib.
Onun sözlərinə görə, sızmanın miqyası araşdırılır, platforma hələlik söndürülüb. Avropa Komissiyası məlumatlarına təsir göstərilə biləcək Avropa rəsmilərini xəbərdar edib. AK hücumun arxasında kimin dayandığını hələ müəyyən etməyib.
Daha əvvəl Renye bildirmişdi ki, Avropa Komissiyasına qarşı irimiqyaslı kiberhücum oktyabrın sonunda baş verib, bir neçə gün davam edib və süni intellekt alətlərindən istifadə olunmaqla həyata keçirilib.
Aİ Akademik Platformasından Avropa rəsmiləri və digər istifadəçilər Avropa İttifaqının fəaliyyətinə dair tədris kursları və treninqlər keçmək üçün istifadə edirlər.
Məryəm Quliyeva