16:35
210
“Qara dənizin dibi ilə elektrik enerjisi və kommunikasiya xətlərinin çəkilməsi layihəsi çərçivəsində keçirilən görüşlərdə əsasən texniki, maliyyələşdirmə və satış məsələlərinin müzakirə olunacağı gözlənilir”.
Bunu iqtisadçı Xalqcəbhəsi.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib.
O bildirib ki, 2022-ci ilin sonlarında Bakıda Avropa Komissiyasının iştirakı ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan rəhbərlərinin qatıldığı tədbirdə Qara dənizin dibi ilə kommunikasiya və alternativ enerji xətlərinin çəkilməsi ilə bağlı memorandum imzalanıb:
“Amma üstündən görürsüz, bu il keçib, indi növbəti görüşdür. Nə vaxt olacağını mən bilmirəm. Təbii ki, bu görüşlərin məqsədi də onları aydınlaşdırmaqdadır. Belə bir mənim gizli məlumatım yoxdur ki, bir insayder məlumatım yoxdur ki, sizlə bölüşüm. Amma güman edirəm ki, burda texniki məsələlər, büdcə məsələləri, maliyyələşdirmə məsələləri, alqı-satqı məsələləri müzakirə olunur. Çünki layihə milyardlıq layihələrdir, bu layihələrə beynəlxalq institutlardan kreditlər götürülür, layihəyə birbaşa yönəldilir.
Beynəlxalq institutlar da krediti verməmişdən qabaq satış müqavilələrindən borcu nə cür qaytaracaqlar, nə cür satış olacaq, onları görmək istəyir. Yəni burda da əsas bu texniki məsələlər, maliyyələşdirmə məsələləri, satış məsələləri güman edirəm ki, müzakirə olunacaq”.
Günel Elxan