Ukrayna Rusiya gəmilərini hədəf alıb Dünya

Ukrayna Rusiya gəmilərini hədəf alıb

Hələ 5-6 il əvvəl Ukraynanın Afrika qitəsində Rusiyanın mövcudluğunu məhv edəcəyini təsəvvür etmək tamamilə dəlilik olardı.

Xalqcebhesi.az xəbər verir ki,, bunu ukraynalı hərbi ekspert İvan Stupak deyib.

Ukrayna Müdafiə Qüvvələri Təhlükəsizlik Xidməti (UTX) ilə birlikdə Liviya sahilləri yaxınlığında Rusiyanın "Merkuri" hərbi korvetini məhv edib və sanksiya altında olan "MV Angara" quru yük gəmisini vurub.

Stupak deyib ki, sonuncu gəmi Rusiyanın hərbi texnikasının daşınması üçün istifadə olunurdu, "Merkuri" korveti isə müntəzəm olaraq düşmənin dəniz konvoylarını müşayiət edir, o cümlədən "MV Angara"nı qoruyurdu:

"Korvetin göyərtəsində "Ka-27" çoxməqsədli helikopteri olub və o da gəmi ilə birlikdə suyun dibinə gedib.

Əməliyyatı keçirmək üçün UTX tərəfindən Ukrayna istehsalı olan 7 ədəd ekipajsız kater (dəniz dronu) cəlb edilib. Onlar təyin olunmuş məkana çatdırılıb və "ana gəmi" adlanan gəmidən suya buraxılıb.

Bütün bu gəmilər Rusiya Federasiyasının hərbi logistikasını təmin etmək üçün, o cümlədən "Suriya" və "Liviya ekspresi" adlanan marşrutlar çərçivəsində istifadə olunurdu.

Liviyadakı bu liman qitənin dərinliklərində — Mali, Mərkəzi Afrika Respublikası (MAR) və digər ölkələrdə yerləşən Rusiyanın "Afrika korpusu" adlanan birləşməsinin təminatı üçün nəqliyyat qovşağı rolunu oynayır".

Cavid