
""Qarabağ" komandasının məğlubiyyətinə görə çox məyus oldum".
Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts deyib.
O bildirib ki, "Qarabağ" klubunun Avropa Çempionlar Liqasında iştirakı özlüyündə bir qələbədir: "Düşünürəm ki, "Qarabağ"ın dünənki məğlubiyyətinə yox, Avropa Çempionlar Liqasında iştirakına fokuslanmalıyıq. Bu, möhtəşəm nailiyyətdir. Ancaq təəssüf ki, onlar məğlub oldu".