Dünya Çempionatı həyəcanı davam edir İdman

Dünya Çempionatı həyəcanı davam edir

Rusiya - Cənubi Koreya - 1:1

Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında H qrupunda I turun ikinci görüşü keçirilib.
APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, ötən seçmə mərhələdə rəqibimiz olmuş şimal qonşularımız Cənubi Koreya ilə görüşüb. Favorit Fabio Kapellonun yetirmələri göstərilsə də, oyunda hesabı koreyalılar açıb. Amma ruslar tez bir zamanda özlərinə gələrək cavab topunu vurublar. Matç 1:1 hesabı ilə başa çatıb.

H qrupu

Rusiya - Cənubi Koreya - 1:1
Qollar: Kerjakov, 74 - Lee, 68

Braziliya - Meksika - 0:0

Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında qrup mərhələsinin II turunun oyunlarına start verilib.
APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, A qrupunun ilk oyunlarında qələbə qazanmış Braziliya millisi Meksika ilə qarşılaşıb.
Görüş 0:0 hesabı ilə başa çatıb. Hər iki komandanın aktivində 4 xal var.

A qrupu

Braziliya - Meksika - 0:0

Hakim: Cüneyt Çakır (Türkiyə)
Fortaleza. "Kastelan" stadionu
Braziliya: Sezar, Alves, Silva, Luiz, Marselo, Paulinyo, Fred, Neymar, Oskar, Ramires, Qustavo
Meksika: Ocoa, Rodriqes, Marques, Herrera, Layun, Dos Santos, Moreno, Quardado, Peralta, Aguilar, Vasques

Belçika - Əlcəzair- 2:1

Braziliyada keçirilən dünya çempionatının bugünkü son qarşılaşmasında Belçika və Əlcəzair yığmaları qarşılaşıb.
APA-nın Apasport saytına istinadən verdiyi xəbərə görə, oyunda hesabı birinci hissədə Əlcəzair açıb. Amma daha təcrübəli belçikalılar ikinci hissədə 2 qol vuraraq, əzmkar qələbə qazanıblar.

H qrupu

Belçika - Əlcəzair- 2:1
Qollar: Fellani, 70; Mertens, 80 - Fegouli, 25 (pen)
Belçika: Kurtua, Alderveireld, Kompani, Vertongen, Vitsel, De Bryune, Lukaku, Azar, Van Byuten, Dembele, Chadli
Əlcəzair: Rais, Bougerra, Ghulam, Hallice, Fegolu, Medjani, Bentaleb, Sudani, Taider, Mahrez, Mustafa