24 May 2019 17:48
2 744
Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqu Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu barədə çağırış edib. AVRO-2020-nin səfirlərindən olan 46 yaşlı veteran yarımmüdafiəçi finalı izləmək üçün Azərbaycana gələcəyini söyləyib: "Əziz dostlar. Bakıdakı final möhtəşəm olacaq. Mən də orada olacağam. Bunu qaçırmayın". Qeyd edək ki, İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
14:03
721
12:38
707
22 Sentyabr 13:40
1 085