17 Noyabr 11:44
17 Noyabr 10:22
17 Sentyabr 2019 12:55
21 539
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. İdmançı buna dünya çempionatında yarımfinala yüksəlməklə nail olub.
M.Stadnik 1/4 finalda rusiyalı Yekaterina Poleşçuka qalib gələrək ilk "6-lıq"da yerini təmin edib və lisenziya normasını doldurub.
Xatırladaq ki, Azərbaycan güləşçisi Mariya Stadnik təsnifat mərhələsində ilk hissədə Nigeriya güləşçisinə vaxtından əvvəl təmiz qələbə ilə (10:0) qalib gəlib. 50 kq çəki dərəcəsindəki titullu pəhləvanın növbəti rəqibi Hindistanlı Sima Sima olub. Görüş Stadnikin qələbəsi ilə yekunlaşıb - 9:2.
17 Noyabr 17:49
910
17 Noyabr 16:25
917
17 Noyabr 15:00
973