5 Dekabr 22:04
5 Dekabr 21:38
30 Mart 2021 13:27
1 526
“Çempionlar Liqasının 2017/18 mövsümün final oyunundan sonra biz bu turnirin və Premyer Liqanın qalibi olmuşuq. Biz çempionlarıq”.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə “Liverpul”unun futbolçusu Məhəmməd Salah deyib.
Misirli hücumçu Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la qarşılaşmaları barədə fikirlərini bölüşüb. Salah 3 il əvvəl turnirin finalında uduzduqları rəqibin sabiq hücumçusu Kriştiano Ronaldonu klub tarixinin ən yaxşısı adlandırıb: “Bu, çox şeyi dəyişir. “Real”a gəlincə, bu, artıq tam ayrı komandadır. Onlar bir neçə əla oyunçusunu, o cümlədən klubun tarixinin ən yaxşı futbolçusu olan, çox sayda qollar vuran Kriştiano Ronaldonu itirib. Onlar Azarı transfer edib. Edenin hələlik zədələrlə bağlı bəxti gətirmir. İstənilən halda komanda 1/4 finaldadır. Ronaldonun qollarından məhrum olsa da, əla futbolçuları var. Hansı “Real”ın daha yaxşı olduğunu deyə bilmərəm. Yalnız onu söyləyim ki, onlar 1/4 finala tam hazır olacaq”.
Qeyd edək ki, “Real”la “Liverpul” arasında oyunlar aprelin 6-da və 14-də keçiriləcək.
5 Dekabr 17:54
1 806
5 Dekabr 17:06
1 876
5 Dekabr 15:17
1 876