“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
26 Noyabr 2021 19:54
12 663
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu yarışlarında 17-21 yaş qrupu üzrə qadınlar arasında tamblinq proqramında Fransadan olan gimnast Manon Morankais (34,700 xal) qızıl medal qazanıb.
Gümüş medalı Demi Adams (Böyük Britaniya, 34,100 xal), bürüncü isə Aleksandra Efraimoqlou (Yunanıstan, 33,800 xal) qazanıb.
Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.
Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.
Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.
18 Sentyabr 19:57
1 498
18 Sentyabr 14:46
1 603
18 Sentyabr 14:46
1 652