Xorvatiyalı nazir: "Heç kim bir gecədə Aİ-yə daxil olmur" Dünya

Xorvatiyalı nazir: "Heç kim bir gecədə Aİ-yə daxil olmur"

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Versalda keçirilən qeyri-rəsmi sammitində Ukrayna ilə həmrəy olduqlarını bildiriblər. İttifaq ölkələri Uraynanın icmaya qoşulmaq üçün müraciətinə cavab olaraq, Kiyevin Avropa yolunda sadiqliyini təsdiqləyiblər.

APA TASS-a istinadən xəbər verir ki, bunu Xorvatiyanın baş naziri Andrey Plenkoviç görüşün ilk gününün yekunları ilə bağlı çıxış edərkən deyib.
“Biz həmrəylik və dəstəyi ifadə edən müsbət mesajlara bağlı Ukrayna ilə çox yaxşı bir sənəd üzərində razılaşdıq. Biz Ukraynanın üzvlük müraciətinə cavab olaraq Avropa yolu arzusunu da vurğuladıq”,- deyə nazir bildirib.

Jurnalistlərin sammitdə Ukraynaya üzvlük vəd edib-etməməsi ilə bağlı sualına baş nazir belə cavab verib: "Prosedur var. Bu bir gecədə baş vermir. Razılaşma, maddə, ərizə var. Şura Avropa Komissiyasına ərizə göndərir. Heç kim bir gecədə Aİ-yə daxil olmur",- deyə Andrey Plenkoviç əalavə edib.