Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
19 May 2022 08:18
2 422
ATO üzvləri İsveç və Finlandiyanın alyansa qəbul edilməsi prosesini sürətləndirməyin yollarını axtarırlar, ümid edirik ki, bu bir neçə ay ərzində baş verəcək.
Bunu "Sky News"a müsahibəsində ABŞ NATO-dakı daimi nümayəndəsi Culiann Smit deyib.
"İdeal olaraq, düşünürəm ki, biz bu prosesin bir neçə ay ərzində tamamlanmasını istərdik. Bu, bizim məqsədimizdir", - deyə C.Smit bildirib.
Onun sözlərinə görə, son həftələrdə NATO müttəfiqləri sözügedən ölkələrin alyansa qəbul edilməsi prosesini qısaltmaq yollarını axtarırlar. Bəzi hallarda NATO-ya qəbul edilmə prosesi təxminən bir il çəkə bilər, lakin Ukraynadakı vəziyyətə görə "bütün müttəfiqlər bu prosesin sürətləndirilməsi ilə razılaşır".
C.Smit əlavə edib ki, NATO Türkiyənin İsveç və Finlandiyanın alyansa qoşulması ilə bağlı şübhələrinə ciddi yanaşər, lakin müttəfiqlərin konsensusa gələ biləcəyinə inanır.