"ABŞ Səfirliyində "Gürcü Arzusu"nun deputatları məni döydü" Dünya

"ABŞ Səfirliyində "Gürcü Arzusu"nun deputatları məni döydü"

"Tv Pirveli”nin telekanalının təsisçisi və baş direktoru Vato Tseretelinin sözlərinə görə, "Gürce Arzusu"nun deputatları ona ABŞ-ın Gürcüstandakı Səfirliyinin ərazisində hücum ediblər.

Gürcüstan mətbuatı xəbər verir ki, o, açıqlamasında ABŞ-ın Gürcüstan səfiri Keli Deqnana müraciət edib və həmin görüntülətin ictimailəşdirilməsini xahiş edib.

“ 'Gürcü Arzusu'nun deputatları ABŞ səfirliyinin ərazisində mənə hücum edərək, fiziki olaraq şiddət göstərdilər. Amerika səfirliyinin həyətində 200 və ya 300 nəfər dəvət olunmuş qonaq var idi. (4 iyul ABŞ müstəqillik günü ilə bağlı -Red.) Mən şokdayam... Təsəvvür edin ki, bu ABŞ səfirliyinin ərazisində baş verirsə, o zaman küçədə nə baş verə bilər? Mən Kelli Deqnana müraciət edərək, kadrların ictimailəşdirilməsini, mediaya ötürülməsini və 'Gürcü Azusu'nun deputatlarının insanları necə döydüyünü insanlara göstərməyi xahiş edirəm”, - deyə o, qeyd edib.

Vato Tsereteli konkret şəxslərin də adını çəkib:

“Anri Oxanaşvili mənə tərəf gəldi, ardınca Zarkua, Odişariya, Mqaloblişvili. O, əlimi sıxdı və küçə yarışı etdi. Oxanaşvili nəsə qışqırırdı, sonra üzümə vurdu, sonra başqası məni vurdu. Hər iki dəfə üzümdən zərbə aldım”, - Vato Tsereteli deyib.

Onun sözlərinə görə, Kelli Deqnan bu hadisəyə görə şəxsən ondan üzr istəyib.

“Mən səfirlə şəxsən görüşdüm. O, üzr istədi, amma mən ondan bu görüntüləri ictimailəşdirməsini xahiş etdim”, -telekanal rəhbəri söyləyib.
Cavid