“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
4 İyul 2022 08:33
2 219
Böyük Britaniyanın Müdafiə Nazirliyi "Twitter" və "YouTube" videohostinqində Birləşmiş Krallıq Silahlı Qüvvələrinin quru qoşunlarının səhifələrinin sındırıldığını elan edib.
Bu barədə Britaniya Silahlı Qüvvələrinin nümayəndəsinin yaydığı bəyanatda deyilib.
"Biz ordunun "Twitter" və "YouTube" hesablarının sındırılmasından xəbərdarıq və hazırda araşdırma aparırıq. Biz informasiya təhlükəsizliyinə çox ciddi yanaşırıq və problemi həll etməyə çalışırıq. İstintaq başa çatana qədər əlavə şərh vermək yersiz olardı", - deyə bildirilib.
Bazar günü axşam Britaniya ordusunun "Twitter"ində NFT tokenlərinin oynanması ilə bağlı mesajlar olan səhifələrə linklər görünməyə başlayıb. Ordunun "YouTube" səhifəsi hazırda kriptovalyutaya investisiya kanalına dəyişdirilib.
30 Dekabr 2025 18:03
2 107
30 Dekabr 2025 17:54
2 051
30 Dekabr 2025 16:38
2 156