16 Avqust 2022 09:01
3 465
Böyük Britaniya imperiyasının üzərində günəş heç zaman batmır.
Bu imperiyanın təmsilçiləri etdiklərindən peşman olmurlar, əməllərinə son vermirlər.
Bunu "Xalq Cəbhəsi"nə siyasi şərhçi Mübariz Göyüşlü deyib.
O, qeyd edib: "Azərbaycanın Londondakı səfirliyinə hücumun qarşısını almadıqlarına görə də inanıram ki, nə peşmançılıq hissi edirlər, nə də üzrxahlıq etmək fikirləri var. Sadəcə olaraq təəssüf edirlər.
Böyük dövlət, imperiya olmaq budur. Heç kim də səni ittiham edə, günahlandıra, üzrxahlıq tələb edə bilmir.
Bizlər ayrılıqda lazımi qədər gücə sahib ola bilməyəcəyik. Ona görə də Türk Dövlətləri, Türk Xalqları birləşməlidir. Birlik olmasaq ingilis, rus, amerikan, fransız, çinli və s. imperiyaların yeminə çevriləcəyik".
Cavid
30 May 12:05
2 296
29 May 14:34
2 009
29 May 11:35
1 813