Rusiya 222 gündə Ukraynada 60 mindən çox canlı qüvvə itirib Dünya

Rusiya 222 gündə Ukraynada 60 mindən çox canlı qüvvə itirib

Ukrayna müharibənin 222-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Ukrayna Baş Qərargahının yaydığı məlumatda deyilir ki Rusiya indiyə qədər 60 430 hərbçi, 2 380 ədəd tank, 4 991 ədəd zirehli döyüş maşını, 1 405 ədəd artilleriya sistemi, 338 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 176 hava hücumundan müdafiə sistemi, 265 ədəd hərbi təyyarə, 228 ədəd helikopter, 3 811 ədəd avtomobil texnikası, 1026 ədəd PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 131 xüsusi avadanlıq itirib.

Cavid