“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
1 Dekabr 2022 17:12
3 339
Nyu-York və Sinqapur bu il digər meqapolisləri üstələyərək yaşamaq üçün ən bahalı şəhərlər olub.
Bu barədə məlumatı "Economist Intelligence Unit" (EIU) analitik mərkəzi dərc edib.
Analitiklərin araşdırdığı 172 şəhərin hamısında bu il yaşayış minimumu kəskin - orta hesabla 8,1% artıb. Ən bahalı şəhərlər 2021-ci ildə altıncı yerdə olan Nyu-York və ikinci yerdə olan Sinqapur olub. 2021-ci ilin ən bahalı şəhəri olan Təl-Əviv isə ikinci pilləyə enib.
Rusiyanın paytaxtı Moskva dünya üzrə son bir ildə yaşayış minimumunun ən çox artdığı şəhərlər siyahısına başçılıq edir. Moskva 59 pillə irəliləyərək 96-cı yerdən 37-ci yerə yüksəlib.
Tədqiqat beynəlxalq şirkətlərdə çalışan işçilər üçün dünyanın müxtəlif şəhərlərində yaşayış xərclərini müəyyən etmək məqsədi daşıyır.
Bunun üçün yerli qiymətlər ABŞ dollarına çevrilir. Belə ki, şəhərin reytinqdəki mövqeyi əsasən milli valyutanın məzənnəsinin dinamikasından asılıdır.
20 Sentyabr 12:07
952
20 Sentyabr 12:06
931
19 Sentyabr 12:42
1 309