Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
8 Dekabr 2022 12:24
4 879
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın ailəsi dünyanın ən varlısı kimi tanınır. "Xalq Cəbhəsi" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə cümə axşamı "The Times" qəzeti məlumat yayıb. Bildirilir ki, onun sərvətinin əsasını enerji ticarətindən əldə edilən gəlirlər, eləcə də müxtəlif şirkətlərə və daşınmaz əmlak bazarlarına sərmayə qoyuluşu da daxil olmaqla səriştəli investisiya siyasəti təşkil edir. Bloomberg-in məlumatına görə, Al Nahyanın sərvəti təxminən 300 milyard dollardır. Əbu-Dabi ailəsi maliyyədən robototexnikaya qədər müxtəlif sahələrdə 27.000-dən çox işçisi olan Royal Group-un sahibidir. Ailə İngiltərənin "Mançester Siti" futbol klubunda, İlon Maskın SpaceX şirkətində və Rihannanın "Savage x Fenty" moda evində pay sahibidir. Reytinqin ikinci pilləsində sərvəti 224,5 milyard dollar dəyərində qiymətləndirilən Walmart mağazalar şəbəkəsinin sahibləri amerikalı Uolton ailəsi qərarlaşıb. İlk beşliyə həmçinin şirniyyat şirkətinin təsisçiləri Mars ailəsi (160 milyard dollar), Koch Industries sənaye konqlomeratını idarə edən Koch ailəsi (128,8 milyard dollar) və Səudiyyə Ərəbistanı kral ailəsi (105 milyard dollar).
Cavid
24 Oktyabr 22:16
1 050
24 Oktyabr 21:24
1 106
24 Oktyabr 20:24
1 064