Bayden Naqasakiyə səfər edən ilk ABŞ prezidenti ola bilər Dünya

Bayden Naqasakiyə səfər edən ilk ABŞ prezidenti ola bilər

Yaponiya və ABŞ hökumətləri prezident Co Baydenin 1945-ci ildə Amerika tərəfindən atom bombasına məruz qalan Naqasaki şəhərinə səfərini təşkil etməyi düşünür.

Bu barədə bazar ertəsi mənbələrə istinadən "Yomiuri" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, bu baş verərsə, C.Bayden Naqasakiyə səfər edən ilk ABŞ Prezidenti olacaq.
Məlumata əsasən, hazırda tərəflər bu səfərlə bağlı danışıqlar aparır və yekun qərar Naqasakinin ABŞ nümayəndə heyətinin qalmasına hazırlığının hərtərəfli qiymətləndirilməsindən sonra veriləcək. Bu, yerli sakinlərin bu məsələ ilə bağlı fikrinə də aiddir.