"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
23 Dekabr 2022 08:50
3 458
2022-ci ildə ABŞ əhalisi 1,2 milyon artaraq 333,2 milyon nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə "Associated Press" agentliyi ABŞ Siyahıyaalma Bürosuna istinadən məlumat yayıb.
Məlumata əsasən, artım əsasən digər ölkələrdən miqrasiya hesabına baş verib. Bir il ərzində 1 milyondan çox insan ABŞ-a köçüb. Bu rəqəm 2021-ci illə müqayisədə 168% artıb, bu müddət ərzində 376 min nəfər ABŞ-a köçüb.
Bürodan əlavə edilib ki, 2007-ci ildən bəri ilk dəfə 2022-ci ildə ölkədə doğulan uşaqların ümumi sayı artıb.
Ümumilikdə ABŞ əhalisinin illik artım tempi 0,4% təşkil edib.