Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
29 Dekabr 2022 10:23
3 969
Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında İranla bağlı böhranın məhz Tehran tərəfindən qaynaqlandığını vurğuladı. Tehranın Azərbaycana qarşı "Zəngəzur" dəhlizi ilə bağlı mövqeyində dəyişiklik olması ilə bağlı bir məlumat yayılmayıb. Amma, C. Bayramov Zəngilanda Araz çayı üzərində Naxçıvanla birləşdirəcək körpünü İranla birgə inşasına başlanıldığını qeyd etdi.
"Xalq Cəbhəsi" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Zəngəzur dəhlizinin alternativi olacaq və İran ərazisindən Naxçıvana çəkilən avtomobil və dəmiryol xətti bu ilin mart ayında Bakıda İranla əldə edilən anlaşmaya əsasən həyata keçirilməlidir: "Amma, İranın Azərbaycana qarşı aqressiv siyasəti və Ermənistanı dəstəkləməsi iki ölkə arasında dərin siyasi -hərbi böhrana gətirib çıxarıb.
İki ölkə arasında böhranın davam etdiyi bir dönəmdə Araz çayı üzərində birgə körpünün inşasına başlanılması Tehranın geri addım atmasına gətirib çıxarıb. Əgər, İran ərazisindən alternativ yol çəkilirsə, demək "Zəngəzur" dəhlizinin açılmasında Tehranın mövqeyində dəyişiklik baş verib. Təbii ki, Azərbaycanın İranın hərbi və siyasi mexanizmlərinə qarşı eyni addımlar atması, Tehran rejiminin geri addım atması ilə nəticələndi. İran rejimin bu siyasəti keçicidir və ölkəmizə qarşı düşmən siyasəti davam edir. Rəsmi Bakı Cənubi Azərbaycan məsələsini gündəmdə saxlamalı, Tehranın davam edən hibrid və kəşfiyyat müharibəsinə qarşı adekvat cavab verməlidir.
Qeyd edim ki, Qərbin Azərbaycan və Ermənistana təklif etdiyi planda hər iki ölkənin öz ərazisindən keçən yolda suverenliyinin təmin edilməsini vurğulayır. Azərbaycan "Laçın" dəhlizində Ermənistanda "Zəngəzur" dəhlizinə nəzarəti həyata keçirməlidir. Belə olan təqdirdə İran "Zəngəzur" dəhlizi ilə bağlı spekulyasiyalara son verə bilər".
Cavid
25 Sentyabr 17:59
595
25 Sentyabr 17:16
658
25 Sentyabr 14:37
707