Konstitusiya Məhkəməsi hökumətin qərarını ləğv etdi Dünya

Konstitusiya Məhkəməsi hökumətin qərarını ləğv etdi

Türkiyədə "YouTube" və "Twitter"ə qoyulan qadağalar götürüldü

Türkiyə hökuməti dünən "Twitter"ə qoyulan qadağanı götürüb.
APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Rabitə və Telekommunikasiya İdarəsi internetin milli seqmentindən məşhur "Twitter" mikrobloqlar servisinə girişə qoyduğu qadağanı götürüb.
Məlumata görə, Türkiyənin Nəqliyyat və Kommunikasiya Nazirliyi açıqlamasında hazırda "Twitter"ə girişin bərpa olunduğunu elan edib. Qeyd edək ki, srağagün Türkiyə Konstitusiya Məhkəməsi "Twitter"ə qoyulan qadağanı istifadəçilərin hüquqlarının pozulması faktı kimi təsdiq edərək onun götürülməsinə dair qərar verib.
Xatırladaq ki, məhkəmənin qərarı ilə martın 21-dən Türkiyənin bütün ərazisində "Twitter"ə giriş bağlanmışdır.
Dünən məhkəmə "YouTube"un açılmasına da qərar verib. Ankaranın Gölbaşı rayon məhkəməsi "YouTube"a girişin qadağan olunması barədə qərarı ləğv edib. Qərar TİB (Telekommünikasyon İletişim Başkanlığı) adlanan dövlət telekommunikasiya qurumu tərəfindən icra olunduqdan sonra vətəndaşlar yenidən sərbəst şəkildə "YouTube"a daxil ola biləcəklər.