Rusiya XİN-dən Vaşinqtona ittiham Dünya

Rusiya XİN-dən Vaşinqtona ittiham

"Ukraynanın cənub-şərqinə "Pravıy sektor" və 150 ABŞ döyüşçüsü göndərilir"

Ukraynanın cənub-şərqində, o cümlədən Donetsk şəhərində, "Pravıy sektor" qeyri-qanuni silahlı birləşmənin iştirakı ilə Ukraynanın daxili qoşunları və Milli qvardiya bölmələri cəmləşdirilir.
APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər idarəsi nazirliyin Facebook səhifəsində məlumat verib.
"Onlara Cənubi-Şərq sakinlərinin etirazlarının qarşısının alınması tapşırılıb. Təəssüfedici haldır ki, bu əməliyyata "Sokol" bölməsinin döyüşçülərinin formasını geyinmiş ABŞ-ın xüsusi "Greystone" hərbi təşkilatının 150 mütəxəssisi də cəlb edilib", - məlumatda bildirilir.
Rusiya XİN Ukraynada vətəndaş müharibəsinə səbəb ola bilən hərbi hazırlıqları dayandırmağa çağırıb.