9 Yanvar 2023 11:18
2 583
Türkiyə təkcə prezident seçkilərinə deyil, həm də demokratiya seçkilərinə hazırlaşır. İnanıram ki, xalqımız bu şüurla seçkilərə gedəcək.
Bunu "Xalq Cəbhəsi"nə Türkiyə Liberal Demokrat Partiyasının sədri Gültəkin Tırpançı deyib.
Qeyd edək ki, AK Partiya ilə Millətçi Hərəkat Partiyası (MHP) arasında mövcud olan “Cümhur ittifaqı”nın liderləri Rəcəb Tayyib Ərdoğanla MHP sədri Dövlət Baxçalı arasında keçən il dekabrın 30-da keçirilən görüşdə Prezident seçkiləri tarixinin 9 və ya 30 aprel, həmçinin 14 mayda keçirilməsinin mümkün ola biləcəyi müzakirə edilib.
Hələ keçən ilin avqustunda isə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Türkiyədə Prezident seçkisinin 2023-cü il iyunun 18-də keçiriləcəyini açıqlayıb.
Ərdoğan AK Partiyanın qərargahında partiyanın rayon təşkilatlarının genişləndirilmiş iclasında deyib ki, seçkinin vaxtının bir qədər irəli çəkilməsi ehtimalı var.
TLDP sədri deyib: "Ümid edirəm ki, vətəndaşlarımızın sağlam düşüncəsi ön plana çıxacaq. Növbədənkənar seçki qərarı verilsə, inanıram ki, Ərdoğan qalib gələcək və hətta o, müxalifəti buna məcbur edəcək. Ancaq müxalifət daha da genişlənərək birləşməyə nail ola bilsə, bu, çox güman ki, nəinki Prezident seçkisini, həm də parlamentin əksər yerlərini qazana bilər".
Cavid